- Toplum
- 27 Fevral 2021 23:45
- 9 184
Tələbə intihar edib
Hadisə Qəbələdə baş verib
AzNews.az xəbər verir ki, Qəbələ rayonunda intihar hadisəsi qeydə alınıb.
Hadisə Zərgərli kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini səhər saatlarında ailə üzvləri aşkarlayıb.
Qeyd edək ki, 18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.(report)