"Vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı yox dərəcəsindədir" "Vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı yox dərəcəsindədir"
  • Toplum
  • 21 Mart 2021 23:03
  •  5 713

Vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif keçirə bilərsən - İnstitut direktoru

"Vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı yox dərəcəsindədir"

Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, vaksin olunduqdan sonra da tibbi maskadan istifadə etmək vacibdir:

"Kimsə düşünməsin ki, COVİD-19 virusuna qarşı peyvənd olundumsa, artıq mənə heç nə olmayacaq. Qətiyyən belə düşünmək lazım deyil. İndi ortada belə bir həqiqət var ki, vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı yox dərəcəsindədir. Türkiyədə də bununla bağlı aparılan apaşdırmalar nəticəsində vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalının olmadığı məlum olub. Vaksin vurdurmaq o demək deyil ki, siz yoluxmayacaqsınız. Lakin vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif şəkildə keçirə bilərsən".(trend)

AzNews.az