Hansısa bir dərman dövriyyədən çıxarılırsa, bununla bağlı xalqa izahat verilməlidir Hansısa bir dərman dövriyyədən çıxarılırsa, bununla bağlı xalqa izahat verilməlidir
  • Toplum
  • 12 Aprel 2021 20:58
  •  11 775

Valerian apteklərdən niyə yoxa çıxıb?

Hansısa bir dərman dövriyyədən çıxarılırsa, bununla bağlı xalqa izahat verilməlidir

Bir aydır ki, ölkə apteklərində "Valerian" dərmanı yığışdırılıb.

Bu barədə Qaynarinfo-ya oxucular məlumat verib. Oxucular ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olan xəstələrin sevimli vasitələri olan "Valerian”ı apteklərdə tapmadıqlarını bildirib.

Məlumatı dəqiqləşdirmək üçün paytaxt apteklərinin bir neçəsi ilə əlaqə saxlanılıb.

"Zəfəran”, "Həyat, AVIS, "Elit” apteklər şəbəkəsindən "Valerian” dərmanlarının satışda olmadığını bildirdilər:

"Bir ay olar ki, "Valerian” dərmanı satışda yoxdur. Dərmanın nə üçün satışdan yığışdırılması səbəbini bilmirik. Amma "Valerian” dərmanını hər gün onlarla xəstə soruşur. Dərman DEPO-da da yoxdur”.

Məsələ ilə əlaqədar dəfələrlə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin telefonu yığılsa da, zəngə cavab verilməyib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı isə problemdən xəbərsiz olduğunu desə də, məsələni komitənin iclasında qaldıracağını da vurğuladı:

"Bu, bir başa Səhiyyə Nazirliyinə aid olan məsələdir. İndi mən bir neçə aptekə zəng edərəm. Əgər "Valerian” dərmanı olmasa, Səhiyyə Komitəsinin növbəti iclasında bu məsələni qaldıraram”.

Professor Adil Qeybulla isə açıqlamasında bildirib ki, istəlinən bir dərman dövriyyədən çıxarılanda əhaliyyə məlumat verilməlidir:

"Dərman Maddələrinin Dövlət Reyistri normal aparılmadığından bilinmir ki, bu ölkəyə hansı dərmanın icazəsi var, hansının yoxdur. Belə bir vəziyyətlə üz-üzəyik. Görürsünüz ki, daim öyrəşdiyimiz dərman yoxa çıxır, yenisi peyda olur. Əslində bunlar dərman bazarında olan anormal durumdur. Hansısa bir dərman dövriyyədən çıxarılırsa, bununla bağlı xalqa izahat verilməlidir. Dərman nəyə görə dövriyyədən çıxarılıb? Hansısa dərman dövriyyəyə girirsə, yenə də əhali məlumatlandırılmalıdır. Bunlar ciddi məsələlədir və əhalinin narazılığına səbəb olur”.

AzNews.az