Bu bütün peyvəndlər üçün keçərlidir Bu bütün peyvəndlər üçün keçərlidir
  • Toplum
  • 12 Aprel 2021 22:53
  •  7 253

Vaksin olunanlar DİQQƏT! - Minimum 3 gün...

Bu bütün peyvəndlər üçün keçərlidir

Koronavirusa qarşı vaksin olunan şəxslərə həkimlər peyvənd olunan nahiyənin bir neçə gün qorunmasının zəruliyini bildirir. Mütəxəssislər əks təqdirdə müxtəlif problemlərin yaranacağını qeyd edir.

Maraqlıdır, vaksin vurulan nahiyəni nələrdən qorumalıyıq? Qorumadığımız təqdirdə nə kimi problemlər yarana bilər?

Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov vaksin olunan nahiyənin minimum 3 gün qorunmalı olduğunu bildirib:

"Vaksin vurulduqdan sonra 3 gün həmin nahiyyəni qorumaq lazımdır. Bu, təkcə koronavirus vaksini üçün keçərli deyil. Bütün növ xəstəliklərə qarşı peyvənd vurarkən pasientlərə bunu tövsiyyə edirik. Vaksin vurulan nahiyə ilkin növbədə sudan qorunmalıdır. Əks halda həmin hissədə şişkinlik, qızartı yarana bilər. Bundan əlavə bəzi şəxslərdə temperaturun yüksəldiyinin də şahidi olmuşuq. Bu baxımdan vətəndaşları diqqətli olmağa çağırırıq, ən azından üç gün ehtiyatlı olmaq çətin deyil. Əgər əhalinin 70-80 faizi peyvənd olarsa, bu bəladan qurtara bilərik. İndiki məqamda əsas xilasedici yol peyvənd olunmaqdır".

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 117 min 87-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 758 min 275, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 418 min 812 nəfərdir.

AzNews.az