Rayonda yoluxma 14,8 faiz təşkil edir Rayonda yoluxma 14,8 faiz təşkil edir
  • Toplum
  • 19 Aprel 2021 10:52
  •  2 825

Bakıda ən yüksək yoluxma yenə Binəqədidədir

Rayonda yoluxma 14,8 faiz təşkil edir

Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

AzNews.az-ın koronavirusinfo.az saytına istinadən verdiyi xəbərə görə, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14,8 faiz təşkil edir.

Xətaidə yoluxma 13,4 faiz, Yasamalda 12,4 faiz, Sabunçuda 10,9 faiz, Nərimanovda 8,3 faiz, Suraxanıda 8,1 faiz, Nəsimidə 8,0 faiz, Xəzərdə 7,0 faiz, Nizamidə 7.0 faiz, Səbaildə 5,1 faiz, Qaradağda 4,6 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.