Ölkəmizdə ilk tətbiq olunan Sinovac şirkətinin “Coronavac” vaksinidir Ölkəmizdə ilk tətbiq olunan Sinovac şirkətinin “Coronavac” vaksinidir
  • Toplum
  • 6 May 2021 12:56
  •  5 393

Azərbaycanda vaksin vurduranların ümumi sayı açıqlandı

Ölkəmizdə ilk tətbiq olunan Sinovac şirkətinin “Coronavac” vaksinidir

Bu günə kimi 1 milyon 600 min nəfər ilk dozanı, 600 min nəfər isə ikinci dozanı artıq vurdurub.

AzNews.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini Teymur Musayev koronavirus əleyhinə vaksonasiyadan keçənlər barədə danışarkən deyib.

"Hər iki dozanı alanlar arasında yoluxma faizi çox aşağıdır, yoluxanlar isə xəstəliyin ağır formasından qorunublar".

T.Musayev qeyd edib ki, ölkəmizdə ilk tətbiq olunan Sinovac şirkətinin “Coronavac” vaksinidir:

“Bu tam təhlükəsiz vaksindir. Qeyd edim ki, eyni zamanda digər vaksinlər də gətirilib və multiplatforma yaradılıb. Bu isə insanlara seçim imkanı verir".