Fakt araşdırılır Fakt araşdırılır
  • Toplum
  • 7 May 2021 09:01
  •  2 913

Bakıda 5 avtomobil toqquşdu, xəsarət alanlar var

Fakt araşdırılır

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyatı hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, yol qəzası Babək prospektindəki körpünün üzərində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı kiçik tutumlu sərnişin mikroavtobusu hərəkətdə olan “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “KİA” digər “Mercedes” markalı avtomobilə dəyib. Həmin “Mercedes” isə əvvəlcə “AzSamand”a və digər “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “KİA” və “Azsamand” markalı avtomobillərdə olan sərnişin və sürücü xəsarət alıb.
Fakt araşdırılır.