İkinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 28885 nəfərdir İkinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 28885 nəfərdir
  • Toplum
  • 7 May 2021 17:12
  •  4 950

Ötən gün 33 mindən çox şəxsə vaksin vurulub

İkinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 28885 nəfərdir

Azərbaycanda son sutkada 33033 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4148 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 28885 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1626916 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 996400 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 630516 nəfərdir.