Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib
  • Toplum
  • 8 May 2021 20:28
  •  6 305

Təhsil naziri: "Hər il 3 faiz tələbə müxtəlif səbəblərdən ali məktəbdən xaric olunur"

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib

“Ali təhsillə bağlı bəzi ixtisaslarda əyani tədrisə qayıda bildik. Bu, ötən illə müqayisədə daha yaxşı xəbər idi”.

AzNews.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə pandemiya ilə bağlı daha optimal qərarlar verilir: “Mediada dəfələrlə fikir bildirilir ki, tələbələr universitetlərdən daha çox xaric olunur, artım müşahidə olunur.

Apardığımız statistikaya görə, böyük dəyişiklik müşahidə olunmur. Ümumilikdə 2016-2017-ci ildə pandemiya yox idi, həmin il 3588 nəfər, 2017-2018-ci ildə 3807 nəfər xaric olunub. Təxminən hər il 3 faiz tələbə müxtəlif səbəblərdən ali məktəbdən xaric olunur. Hökumətin müvafiq qərarı ilə sosial həssas təbəqədən olan vətəndaşların təhsil haqqının ödənilməsinə başlanılacaq. 50 faizə qədər tələbə dövlət sifarişi ilə oxuyur, şəhid övladlarının təhsil haqqı da dövlət tərəfindən ödənilir. Eyni zamanda sosial həssas qrupdan olan tələbələrin də təhsil haqqı dövlət tərəfindən ödənilir”.