Araşdırmalar davam etdirilir Araşdırmalar davam etdirilir
  • Toplum
  • 11 May 2021 09:36
  •  4 633

Aliment ödəyə bilmədiyinə görə intihara cəhd etdi

Araşdırmalar davam etdirilir

Bakıda “Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdən özünü atmaq istəyən şəxslə bağlı araşdırma aparılır.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gün öncə axşam saatlarında Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sənan Səfərəliyev körpüyə çıxaraq özünü oradan atmaq istəyib.

Ərazidə xidmət aparan mühafizə polisi tərəfindən onun intihara cəhdinin qarşısı alınıb. S. Səfərəliyev polis şöbəsinə təhvil verilib.

Orada araşdırma zamanı Sənan Səfərəliyev bildirib ki, bir müddət öncə boşanıb və övladı var. O qeyd edib ki, iş tapa bilmədiyi üçün alimenti ödəyə bilmir.

Araşdırmalar davam etdirilir.