Virusu ən ağır keçirənlər bu qan qruplarıdır Virusu ən ağır keçirənlər bu qan qruplarıdır
  • Toplum
  • 18 May 2021 22:48
  •  14 863

Hansı qan qrupunda koronavirus riski azdır? - Alimlər ARAŞDIRDI

Virusu ən ağır keçirənlər bu qan qruplarıdır

Koronavirusa yoluxma və virusdan ağırlaşma riski insanın daşıdığı qan qrupunu təyin edən genlərdən asılıdır.

Aznews.az xəbər verir ki, Kanada və Britaniya alimləri 1 il ərzində həm kovidə yüngül yoluxmuş, həm də heç yoluxmamış insanların qanı və ağciyərlərini analiz edərək təhlil aparıblar.

İnfeksiyanın orqanizmdə yayılması üçün hansı gen və zülalların açar rolunu oynadığını tapıb, bu genin hansı qan qrupunda az və ya çox olduğunu araşdırıblar.

Çoxsaylı tədqiqatlar göstərib ki, birinci qan qrupunda ABO geni variantında funksional zülallar az olduğu üçün koronavirusa yoluxma və ağır keçirmə riski azdır.

II, III və IV qan qrupunda qan plazmasında bu zülallar çoxdur.

Alimlər pandemiya başlayandan daha çox II və III qrupun koronavirusu ağır keçirməsi fenomeni ilə rastlaşmışdılar. Amma bunun səbəbini izah edə bilmirdilər.

Əslində dünyada koronavirusa yoluxma üzrə I qrup çoxdur, lakin bu ona görədir ki, dünyada ən çox insan bu qrupu daşıyır. Amma ağır keçirənlər arasında II qrup daha çoxluq təşkil edib.