Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb
  • Toplum
  • 16 İyun 2021 17:58
  •  2 950

Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb

Azərbaycanda bu gün 22 976 nəfər vaksinasiya olunub.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 531, ikinci mərhələ üzrə isə 6445 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 839 322-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 859 485, ikinci mərhələ üzrə isə 979 837 nəfər təşkil edir.