Bu barədə məlumat Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərdə qeyd olunub Bu barədə məlumat Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərdə qeyd olunub
  • Toplum
  • 25 İyun 2021 11:24
  •  4 303

Yazılı icraat institutu yaradılır - YENİLİK

Bu barədə məlumat Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərdə qeyd olunub

Yazılı icraat institutu yaradılır.

AzNews.az-ın məlumatına görə, bu barədə məlumat Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərdə qeyd olunub.

Dəyişikliyə əsasən, yazılı icraat institutu (məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinləmək üçün çağırılmadan baxılma) yaradılır. Apellyasiya instansiyası məhkəməsində qərardadlardan verilmiş şikayətlərə, kassasiya və əlavə kassasiya icraatı isə tam şəkildə yazılı icraata keçir.

Qeyd edək ki, ümumilikdə Mülki Prosessual Məcəllədə 160-dək maddəyə əlavə və dəyişikliklər nəzərdə tutulub.