"Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat və jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur" "Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat və jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur"
  • Toplum
  • 2 İyul 2021 19:54
  •  4 215

Jurnalistlər üçün tikilən son binanı podratçı şirkət təhvil verməyib - MEDİA rəhbəri

"Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat və jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur"

Jurnalistlər üçün tikilən son bina hələ podratçı şirkət tərəfindən təhvil verilməyib.

Aznews.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, binada hələ görüləcək işlər var: "Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur. Eyni zamanda jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur. Qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".