Dolu düşəcəyi ehtimalı var Dolu düşəcəyi ehtimalı var
  • Toplum
  • 26 İyul 2021 13:21
  •  4 122

Əhaliyə hava ilə bağlı xəbərdarlıq

Dolu düşəcəyi ehtimalı var

Bakıda və Abşeron yarımadasında iyulun 27-si axşam, 28-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

AzNews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 27-si axşam Respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağışla əlaqəli bəzi dağ çaylarndan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Qərb, şimal-qərb küləyi arabir güclənəcək.

Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək.