Hər bir bank əməkdaşı 5 ədəd ağac tingi verəcək Hər bir bank əməkdaşı 5 ədəd ağac tingi verəcək
  • Toplum
  • 2 Avqust 2021 18:37
  •  3 418

Azərbaycan bankirləri Türkiyəyə 100 minə yaxın ağac tingi göndərəcək

Hər bir bank əməkdaşı 5 ədəd ağac tingi verəcək

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.

Aznews.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iclasda Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının, onun törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilib, ölkəmizin bank icmasının bu fəsadların aradan qaldırılmasına dəstək olmağa hazır olduğu qeyd edilib.

Bank icması ABA ilə sıx əməkdaşlıq edən Türkiyə Banklar Birliyinin Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılmasına yönəlmiş təşəbbüslərdən birinə qoşularaq ölkəmizdə çalışan hər bir bank əməkdaşının 5 ədəd ağac tinginin verməsinə dair yekdilliklə qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycanda təxminən 19 min bank işçisi var. Bu da o deməkdir ki, bankirlər Türkiyəyə 95 min ağac tingi göndərəcək.