Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq
  • Toplum
  • 21 May 2022 15:25
  •  3 518

DİM: 6 nəfərdə mobil telefon aşkarlanıb

Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq

Bu gün keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 6 nəfər imtahandan xaric olunub.

Aznews.az xəbər verir ki, imtahanın gedişi zamanı 6 nəfərdə mobil telefon (ilk telefon saat 12-də müəyyən edilib) aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.