Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
  • Toplum
  • 26 İyun 2022 12:07
  •  4 321

Kürmükçay İlisu məntəqəsindən sel keçib

Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Azərbaycanın şimal rayonlarında yağışlı hava şəraiti davam edir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İntensivləşən leysan yağış nəticəsində ötən gecə saat 23:10 radələrində Kürmükçay İlisu məntəqəsindən sel keçib.