Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb
  • Toplum
  • 22 Sentyabr 2022 21:18
  •  4 174

Transsərhəd təsirin qiymətləndirilməsi aparılacaq - QAYDA

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb

Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması Qaydası və müddəti təsdiq edilib.

Aznews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə fəaliyyətə ümumi nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, transsərhəd təsirin qiymətləndirilməsi üzrə fəaliyyətə nəzarəti isə Nazirlik Xarici İşlər Nazirliyi ilə əlaqələndirməklə həyata keçirəcək. Sifarişçi nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ-ni Nazirliyin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi (Agentlik) ilə ilkin məsləhətləşmələrdən sonra nəzərdə tutulan fəaliyyətin layihələndirmə mərhələsində həyata keçirir. ƏMTQ üzrə qiymətləndiricilər ƏMTQ üzrə təşkilatla sifarişçi arasında bağlanılan müqavilə əsasında qiymətləndirməni aparır və ƏMTQ sənədini hazırlayır. Nəzərdə tutulan fəaliyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazidə həyata keçirildikdə həmin fəaliyyətə dair ƏMTQ Nazirliyin, müalicə-sağlamlaşdırma yerləri və kurortlara münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə aparılır. Nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ həyata keçirilərkən onun transsərhəd təsiri müəyyən edildikdə, həmin fəaliyyətlə bağlı transsərhəd təsirin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll edilir. Sifarişçi ƏMTQ-ni həyata keçirərkən nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərlə, həmçinin təsirə məruz qalan və ya təsirə məruz qalma ehtimalı olan ərazidə yerləşən daşınmaz əmlak mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri, vətəndaş cəmiyyəti institutları və digər maraqlı tərəflərlə (ictimaiyyət) “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai dinləmələr keçirir, rəy və təkliflərin bildirilməsinə şərait yaradır. Ətraf mühitə və insan sağlamlığına transsərhəd təsirin qiymətləndirilməsinin məqsədi nəzərdə tutulan fəaliyyətin icrası zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərinin hüdudlarında və ya ondan kənarda ətraf mühitin çirklənməsinin qarşısının alınmasını, azaldılmasını və ətraf mühitə mənfi təsirlərin nəzarətdə saxlanılmasını, habelə bioloji müxtəlifliyin qorunması və təbii sərvətlərdən səmərəli istifadənin təşviqi və insan sağlamlığının mühafizəsi üçün transsərhəd kontekstdə ƏMTQ prosedurunun effektiv və şəffaf həyata keçirilməsini təmin etməkdir.

Transsərhəd təsirin qiymətləndirilməsi aşağıdakı prinsiplər əsasında aparılır:

- ekoloji təhlükəsizliyin milli və beynəlxalq səviyyədə təmini;

- regional və qlobal ekoloji problemlər yarada bilən fəaliyyətin təsirinin qarşısının alınmasında birgə fəaliyyət;

- ƏMTQ sahəsində informasiya və təcrübə mübadiləsi; 6.2.4. nəzərdə tutulan fəaliyyət nəticəsində transsərhəd təsirə məruz qalan dövlətlərin öz təbii sərvətləri üzərində hüquqlarının qorunması.

Agentlik tərəfindən ƏMTQ sənədinin həcmi təsdiq edilərkən digər ölkə ərazisinə transsərhəd təsirlər müəyyən edildiyi təqdirdə, ətraf mühitə transsərhəd təsirin qiymətləndirilməsi proseduruna transsərhəd təsirə məruz qalan ölkənin və ya ölkələrin cəlb edilməsi barədə qərarın verilməsi üçün Nazirlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verilir. Transsərhəd təsirə məruz qalan ölkələrin həmin təsirin qiymətləndirilməsi prosesində iştirakının təmin edilməsi və ya Azərbaycan Respublikasının ərazisinə transsərhəd təsir olduqda təsir edən ölkələrin həyata keçirdiyi ƏMTQ prosesində Azərbaycan Respublikasının iştirakı əvvəlcədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır. Razılaşdırıldığı təqdirdə transsərhəd təsirə məruz qalan ölkənin və ya ölkələrin məlumatlandırılması ölkədaxili ictimai məsləhətləşmənin keçirildiyi vaxtdan gec olmayaraq başlanılmalıdır.

Transsərhəd təsirin qiymətləndirilməsinin aparılması müddəti təsir edən ölkə tərəfindən təqdim edilən sorğunun müsbət cavablandırıldığı tarixdən başlanılır və transsərhəd məsləhətləşmələrin müddəti təsirə məruz qalan ölkə ilə təsir edən ölkə arasında layihə üzrə iş həcmindən asılı olaraq qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir. Nəzərdə tutulan fəaliyyətə dair Agentlik tərəfindən transsərhəd məsləhətləşmələrin nəticələri nəzərə alınmaqla dövlət ekoloji ekspertizası rəyinin verilməsi və təsirə məruz qalan ölkənin bu barədə məlumatlandırılması ilə ətraf mühitə transsərhəd təsirin qiymətləndirilməsi proseduru başa çatır.

Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudlarında nəzərdə tutulan fəaliyyətin transsərhəd təsiri gözlənildiyi halda təsirə məruz qalan ölkənin ƏMTQ prosesinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi transsərhəd təsirlə bağlı ƏMTQ prosedurunda iştirak etmək niyyətinin olub-olmaması barədə sorğunu 30 (otuz) gün müddətində cavablandırmaq xahişi ilə həmin ölkənin səlahiyyətli orqanına göndərir. Azərbaycan Respublikasının ərazisinə transsərhəd təsiri olan ölkələrdən daxil olan müvafiq məlumatlandırma və ya bildiriş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən cavablandırılır. Təsirə məruz qalan ölkə nəzərdə tutulan fəaliyyətin ƏMTQ prosedurunda iştirak etmək niyyətində olduğunu bildirdiyi təqdirdə, transsərhəd təsirin qiymətləndirilməsi ilə bağlı məsləhətləşmələrə başlanılır və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ƏMTQ sənədini, habelə təsirə məruz qalan ölkənin cavab məktubunda əvvəlcədən qaldırılan məsələlər barədə müvafiq məlumatı rəy və təkliflərinin bildirilməsi üçün təsirə məruz qalan ölkə tərəfindən müəyyən edilən səlahiyyətli quruma göndərir. Sorğu təqdim edilməyən ölkə nəzərdə tutulan fəaliyyət nəticəsində transsərhəd təsirə məruz qalmasını iddia edərək əsaslı mülahizələrini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlandığı halda, onun müraciətinə Nazirlik tərəfindən bu Qaydaya uyğun olaraq baxılır, transsərhəd təsirin olub-olmamasını müəyyən etmək məqsədilə həmin ölkə ilə əsaslandırılmış məlumatla təmin edilməklə məsləhətləşmələr aparılır. 7.9. Transsərhəd təsirə məruz qaldığını iddia edən ölkə ƏMTQ prosedurunun icrasının davam etdiyi müddətdə müraciət göndərdikdə mümkün iştirakla əlaqədar məsləhətləşmələr aparılır və razılıq əldə edildikdə, həmin ölkə ƏMTQ-nin aparılmasına cəlb edilir. ƏMTQ tamamlandıqdan sonra müraciət göndərildikdə, həmin ölkə nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsindən sonra təhlillərin aparılmasına cəlb edilir.

Digər ölkədə (ölkələrdə) nəzərdə tutulan fəaliyyətin icrası nəticəsində Azərbaycan Respublikasının ərazisinə transsərhəd təsirlər gözlənildiyi, lakin bu barədə sorğu, eləcə də təsir edən ölkəyə Azərbaycan Respublikası tərəfindən göndərilən müraciətə cavab və müvafiq məlumat təqdim edilmədiyi hallarda, bu Qayda ilə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Transsərhəd təsirə məruz qalan ölkənin səlahiyyətli qurumunun rəy və təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə əvvəlcədən razılaşdırılmış qaydada və vaxtda təqdim edilir. 8.4. Rəy və təkliflərlə, həmçinin gözlənilən transsərhəd təsirin azaldılması üçün müəyyənləşdirilən tədbirlərlə bağlı məsləhətləşmələr nəzərdə tutulan fəaliyyət üzrə yekun qərar qəbul edilənədək aparılır. Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsindən sonra aparılan təhlillərin məqsədi ƏMTQ sənədində razılaşdırılmış şərtlərin (habelə verilmiş ekoloji ekspertiza rəyinin) icrasının uyğunluğunun monitorinqi, yumşaltma tədbirlərinin səmərəliliyinin öyrənilməsi, onların idarə olunmasına nəzarət və ƏMTQ prosesində verilən proqnozların nəticələrinin təhlili, habelə qarşılıqlı informasiya və təcrübə mübadiləsi, gələcəkdə onların tətbiqidir. Əvvəlcədən transsərhəd qiymətləndirilmənin aparılması zəruri hesab edilməyən ƏMTQ həyata keçirilmiş nəzərdə tutulan fəaliyyətin icrası zamanı ərazisinin müəyyən hissəsinə transsərhəd təsir ehtimal edilən ölkənin müraciəti əsasında transsərhəd təsirin olub-olmaması barədə məsləhətləşmə aparılır və transsərhəd təsir aşkarlandığı təqdirdə, tərəflərin razılığı ilə nəzərdə tutulan fəaliyyətinin həyata keçirilməsindən sonra təhlillər aparılmasında təsirə məruz qalan ölkənin iştirakı təmin edilə bilər. Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsindən sonra təhlillərin aparılması zamanı potensial transsərhəd təsirin olduğu barədə qənaətə gəlmək üçün yetərli əsaslar müəyyən edildikdə və ya belə bir təsirlə nəticələnə biləcək hallar aşkarlandıqda tərəflər dərhal məsləhətləşmələr aparır və həmin təsirin aradan qaldırılması və ya azaldılması üçün müvafiq tədbirlər görürlər.

Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsindən sonra aparılan təhlillər qiymətləndirmə zamanı proqnozlaşdırılan təsirlərin düzgün idarəetməsinə nəzarət, öyrənilmiş təcrübənin tətbiqi və informasiya mübadiləsi məqsədilə də aparıla bilər. ƏMTQ sahəsində mübahisələrin həlli Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll edilir.