Qəbul saat 10:00-da başlayacaq Qəbul saat 10:00-da başlayacaq
  • Toplum
  • 5 Oktyabr 2022 11:08
  •  3 567

"Azərsu" ASC-nin sədr müavini Mingəçevirdə vətəndaşları qəbul edəcək

Qəbul saat 10:00-da başlayacaq

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov oktyabrın 12-də Mingəçevir şəhərindən və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcək.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Vətəndaşlar qəbul üçün Mingəçevir Sukanal İdarəsinə və Yevlax Sukanal Sahəsinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.