Bəzi ərazilərdə qaz kəsiləcək

İmişli və Saatlı rayonlarının, Sabirabad şəhərinin və rayonun bir sıra kəndlərinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, fasilə saat 09:00-dan işlər yekunlaşanadək davam edəcək.