Əfqanıstanda millət vəkili öldürülüb. Əfqanıstanda millət vəkili öldürülüb.

Kresloya quraşdırılmış bomba deputatı göyə sovurdu - 3 ölü, 7 yaralı...

Əfqanıstanda millət vəkili öldürülüb.

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, Əfqanıstanın cənubundakı Helmand əyalətinin deputatı Əbdül Cabbar Qəhrəman sui-qəsd qurbanına çevrilib.

Helmand valiliyinin sözçüsü Ömər Zuvak millət vəkilinin ofisindəki oturacağına yerləşdirilmiş bombanın partlaması nəticəsində Qəhrəmanın öldüyünü açıqlayıb.

Hücum nəticəsində üç nəfər də ölüb, yeddisi isə yaralanıb.

Taliban rejimi hücumu öz üstünə götürüb.

Nurlan AĞA
AzNews.az