Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovaya gedib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovaya gedib.

Ərdoğan Moldovadadır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovaya gedib.

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə olan “ANA” ilə Moldovanın paytaxtı Kişinyova gedib.

Paytaxta çatmış prezident və xanımı Əminə Ərdoğanı hava limanında Moldova prezidenti İqor Dodon və xanımı Qalina Dodon qarşılayıblar.

Ərdoğanın gəlişi ilə bağlı Moldovada rəsmi parad təşkil olunur.

R.T.Ərdoğanı Moldova səfərində müdafiə naziri Hulusi Akar, təhsil naziri Ziya Səlcuq, nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turan və gənclər və idman naziri Mehmet Qəssaboğlu müşayiət edir.

Nurlan AĞA
AzNews.az