Mərakeşdə Milli İnsan Hüquqları Təsisatlarının 13-cü Beynəlxalq Konfransı keçirilib. Mərakeşdə Milli İnsan Hüquqları Təsisatlarının 13-cü Beynəlxalq Konfransı keçirilib.
  • Paytaxt
  • 17 Oktyabr 2018 15:53
  •  2 077

Ombudsmanın nümayəndəsi beynəlxalq konfransda

Mərakeşdə Milli İnsan Hüquqları Təsisatlarının 13-cü Beynəlxalq Konfransı keçirilib.

Konfrans BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRİ) və Milli İnsan Hüquqları Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin genişləndirilməsi və qadın hüquqları kontekstində insan hüquq müdafiəçilərinin dəstəklənməsi və müdafiəsində Milli İnsan Hüquqları Təsisatlarının rolu” mövzusunda keçirilib.

AzNews.az-ın məlumatına görə, xəbər verir ki, beynəlxalq konfransda Azərbaycanın Ombudsmanını Aparatın şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə təmsil edib.

Milli siyasət və insan hüquqları, İnsan hüquqları sahəsində məlumatlandırma və müsbət təcrübənin təşviqi, Vətəndaş cəmiyyəti və insan hüquq müdafiəçilərinin qorunması, gender perspektivi və qeyri-hökumət təşkilatlarının iştirakçılığının təmini, tərəfdaşlıq və əməkdaşlıq kimi sahələrdə Milli İnsan Hüquqları Təsisatlarının rolu sessiya və seminarların əsas müzakirə mövzularından olub.
Sessiyalar çərçivəsində keçirilən seminarlarda vətəndaş cəmiyyəti və insan hüquq müdafiəçilərinin qorunması, gender perspektivi, hüquqi maarifləndirmə və insan hüquqları təhsili ölkələrə tövsiyə olunan prioritetlər içərisində xüsusi yer almış və R.Rumzadə mövzular üzrə Azərbaycan Ombudsmanının təcrübəsini bölüşmüş, habelə yeni hədəflər üzrə fikir mübadilələri aparılıb.

Qeyd olunub ki, Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü ilə İnsan Hüquqları üzrə Müvəkkil yanında müxtəlif qeyri-hökumət təşkilatlarının və müstəqil ekspertlərin, hüquq müdafiəçilərinin təmsil olunduğu, ölkədə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsinə, milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq hüquqi sənədlərin implementasiyası üzrə təkliflər hazırlanmasına mühüm töhfə verən müstəqil Ekspertlər Şurası fəaliyyət göstərir. Bu yanaşma özü ölkə təcrübəsində ilk olmuş və QHT-lərin fəaliyyətinin dəstəklənməsinə, dövlət qurumları yanında vətəndaş cəmiyyəti üzvlərindən ibarət ictimai şuraların yaradılmasına, hüquqi bazanın, ictimai iştirakçılıq haqqında qanunvericiliyinin yaradılmasına mühüm töhfə verib.

Ombudsman E.Süleymanovanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının “İnsan hüquqlarının müdafiəsinə qalx!” (#StandUpForHumanRights) çağırışı üzrə ümumdünya kampaniyası çərçivəsində ölkədə həyata keçirilən tədbirlər isə, beynəlxalq təşkilatlar tərəfindən verilmiş bir sıra tövsiyələrin icrası baxımından da əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin, habelə Avropa, Asiya, Amerika regionlarında fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatların nümayəndələri ilə fikir mübadilələri keçirilmiş, insan hüquqlarının prioritet məsələləri üzrə əməkdaşlıq müzakirə olunub.

AzNews.az