Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulunun vəzifədən azad edilməsi xəbəri təkzib olundu. Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulunun vəzifədən azad edilməsi xəbəri təkzib olundu.

Baş konsul geri çağırıldı - Yenilənib

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulunun vəzifədən azad edilməsi xəbəri təkzib olundu.

AzNews.az xəbər verir ki, "Reuters" informasiya agentliyi baş konsulun geri çağırılması ilə bağlı yaydığı xəbəri bir neçə dəqiqə sonra geri götürərək, təkzib edib.

---------
16:40


Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu Məhəmməd Əl-Üteybi vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, bu barədə Britaniyanın “Reuters” informasiya agentliyi məlumat yayıb. Agentlik xəbərin mənbəyi kimi, Səudiyyə Ərəbistanının “Sabq” qəzetini göstərib.

Geri çağırıldığı üçün dünən ölkəsinə qayıtmış Əl-Üteybi haqqında istintaq prosesi başlandığı da bildirilir.

Nurlan AĞA
AzNews.az

image description