ABŞ-ın Nümayəndələr Palatası qanun layihəsi hazırlayıb ABŞ-ın Nümayəndələr Palatası qanun layihəsi hazırlayıb

ABŞ Səudiyyə Ərəbistanına silah satmayacaq - İtən jurnalistə görə

ABŞ-ın Nümayəndələr Palatası qanun layihəsi hazırlayıb

ABŞ Səudiyyə Ərəbistanına silah satmayacaq.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi Vaşinqton itən jurnalist Cemal Kaşıkçıya görə Səudiyyə Ərəbistanını cəzalandırmaq istəyir.

ABŞ-ın Nümayəndələr Palatası bu ölkəyə silah satışını və yardımları dayandırmaq üçün qanun layihəsi hazırlayıb. Qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağı haqda məlumat verilmir.

Qeyd edək ki, səudiyyəli jurnalist Cemal Kaşıkçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil olub və bir daha oradan geri çıxmayıb. Onun konsulluğun içərisində öldürülərək parçalara bölündüyü deyilir. Ancaq bu versiyanı sübuta yetirən heç bir dəlil tapılmayıb.

Hazırda konsulluğun daxilində istintaq qrupu çalışır.

© AzNews.az