Hindistanda "Titli" siklonu qurbanlarının sayı 57 nəfərə çatıb. Hindistanda "Titli" siklonu qurbanlarının sayı 57 nəfərə çatıb.

Hindistanda təbii fəlakət - 57 nəfər öldü

Hindistanda "Titli" siklonu qurbanlarının sayı 57 nəfərə çatıb.

Hindistanın şərq sahillərində, Orissa ştatında tüğyan edən "Titli" siklonunun və onun səbəb olduğu daşqınların qurbanlarının sayı 57 nəfərə çatıb.

Yerli "Odisha Sun Times" nəşri bildirib ki, daha çox insan tələfatına Hajapati dairəsində rast gəlinib. Orada 39 nəfər dünyasını dəyişib.

Həlak olanların çoxu torpaq sürüşmələri, hasarların aşması, suda boğulmalar və ağacların qurbanı olub. Daha əvvəl 26 nəfərin siklonun qurbanı olduğu bildirilirdi.(report.az)

AzNews.az