Ukrayna əhalisinin sayı hər ay orta hesabla 19 min nəfərə qədər azalır. Ukrayna əhalisinin sayı hər ay orta hesabla 19 min nəfərə qədər azalır.

Ukrayna əhalisi azalır - Hər ay 19 min nəfər

Ukrayna əhalisinin sayı hər ay orta hesabla 19 min nəfərə qədər azalır.

Bu barədə Urayna Dövlət Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar-avqust aylarında Ukrayna əhalisinin sayı 152 min 400 nəfər azalıb. Bu da hər ay orta hesabla 19 050 nəfər deməkdir. Hazırda Ukraynanın əhalisi 42,2 milyon nəfər təşkil edir.

Hesabat dövründə hər 100 ölüm faktına qarşı cəmi 58 doğuş qeydə alınıb.

Qeyd edək ki, 2017-ci ildə Ukraynada əhalinin sayı 140 min nəfər azalıb.(AZƏRTAC)

AzNews.az