Ekvador hökuməti Venesuela səfirini ölkədən göndərmək qərarına gəlib. Ekvador hökuməti Venesuela səfirini ölkədən göndərmək qərarına gəlib.

Ekvador Venesuela səfirini ölkədən çıxartdı

Ekvador hökuməti Venesuela səfirini ölkədən göndərmək qərarına gəlib.

Bu barədə cümə axşamı Ekvadorun Xarici İşlər Nazirliyi məlumat yayıb.

İdarənin kommünikesində deyilir ki, bu addımın atılmasına səbəb Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqesin Ekvador prezidenti Lenin Morenoya qarşı bəyanatı səbəb olub.

"Ekvador Respublikası öz hakimiyyətinə qarşı nümayiş etdirilən heç bir hörmətsizliyə səbr edən deyil. Bununla belə, öz demokratik və humanitar prinsiplərinə sadiq qalan Ekvador, ölkəsinə daxil olan Venesuela vətəndaşlarının hüquqlarının müdafiəsi naminə mühüm iqtisadi və sosial tədbirlər görərək, onlara yardım etməkdə davam edəcək", - deyə idarənin məlumatında bildirilir.

Ekvadorun Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, ölkənin Venesueladakı müvəqqəti işlər vəkilini məsləhətləşmək üçün geri çağırıb.

Bundan əvvəl Ekvadorda narkotik maddə alverçilərinə qarşı aparılan üç əməliyyat nəticəsində ümumilikdə 1200 ton kokain aşkar edilib.(trend.az)

AzNews.az