Argentinaya məxsus uçaq dəfələrlə yön dəyişdirdi və... Argentinaya məxsus uçaq dəfələrlə yön dəyişdirdi və...

Sərnişin təyyarəsində gərgin anlar: Min dəfə ölüb-dirildilər! - Şok fotolar

Argentinaya məxsus uçaq dəfələrlə yön dəyişdirdi və...

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Mayamidən havaya qalxmış “Airbus A330” sərnişin təyyarəsi ard-arda hava boşluğuna tuş gəlib.

Argentina istiqamətində hərəkət edən “Aerolineas Argentinas”a məxsus təyyarənin uçuşları canlı yayımlayan xəritədə tez-tez sağa-sola döndüyü görülüb.

Qorxuya düşmüş sərnişinlər və pilot həyəcanlı dəqiqələr yaşayıblar.

Sosial mediada yayımlanmış təyyarənin görüntüləri şok effekti yaradıb.

Fotolarda çökmüş tavan, yerə dağılmış yeməklər, oksigen maskaları görüntülənib.

Təyyarə 8 saatdan sonra Ezeiza Beynəlxalq Hava Limanında eniş edib.

Nurlan AĞA
AzNews.az

image description image description image description image description image description