Bu gün Əfqanıstanda Milli Palataya (Aşağı Palata) seçkilər başlayıb. Bu gün Əfqanıstanda Milli Palataya (Aşağı Palata) seçkilər başlayıb.

Əfqanıstanda Parlamentin Aşağı Palatasına seçkilər başladı

Bu gün Əfqanıstanda Milli Palataya (Aşağı Palata) seçkilər başlayıb.

Trend-in məlumatına görə, ölkədə bu seçkilər yüksək təhlükəsizlik tədbirlərinin təşkil edilməsi fonunda keçirilir.

Yerli vaxtla saat 07:00-da respublikanın 34 vilayətinin 32-də seçki məntəqələri açılıb. Kandaqar və Qaznı regionlarında isə təhlükəsizlik baxımından seçkilər təxirə salınıb.

Əfqanıstan Müstəqil Seçki Komissiyasının hazırladığı seçici siyahısına 8,8 milyon seçici daxil edilib. Seçkilərdə 249 yer üçün 2,7 min namizəd mübarizə aparır.