"Meksika qanunsuz miqrant axınına imkan verməyəcək" "Meksika qanunsuz miqrant axınına imkan verməyəcək"

“Buna imkan verməyəcəyik” - Meksika prezidenti

"Meksika qanunsuz miqrant axınına imkan verməyəcək"

Bunu Meksika Prezidenti Enrike Penya Nyeto "Twitter" hesabında paylaşdığı videomüraciətində bildirib.

Onun sözlərinə görə, yalnız viza və lazımi sənədləri olan miqrantların sərhəddən keçməsinə imkan veriləcək: "Təcavüzkar hərəkətlər həm ölkənin suverenliyini zərbə altında qoyur, həm də miqrantların özləri, xüsusilə də uşaq, qadın və yaşlılar üçün təhlükə yaradır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp miqrant axınının qarşısını almayacağı təqdirdə, Meksika ilə sərhədə qoşun yeridəcəyini açıqlayıb.(report.az)

AzNews.az