Qalmaqala səbəb olan qatil yenidən dəmir barmaqlıqlar arxasına göndərilib Qalmaqala səbəb olan qatil yenidən dəmir barmaqlıqlar arxasına göndərilib

Həbsxanada qatilə yer olmadı - Azadlığa buraxıldı

Qalmaqala səbəb olan qatil yenidən dəmir barmaqlıqlar arxasına göndərilib

Ukraynada barəsində qanuni hökm qüvvəyə minən yeniyetmə qatili azadlığa buraxılıb.

Bu barədə ölkənin Baş prokurorunun müavini Yevgeniy Yenin “Facebook” səhifəsində yazıb.

O təəccüblə qeyd edib ki, buna səbəb kimi islah müəssisəsində boş yerin olmaması göstərilib. Yeninin sözlərinə görə, qətlə yetirilənin qohumları azadlıqda gəzən qatillə üz-üzə gəldikdə və izahat üçün hüquq mühafizə orqanlarına müraciət etdikdə, məhz belə izahat eşidiblər.

Hadisədə iştirak edən Ukraynanın polis əməkdaşları barəsində xidməti araşdırma başladılıb. Bundan əlavə, ölkənin bütün regionlarında cəzaçəkmə müəssisələrində yoxlamalar aparılacaq.

Qalmaqala səbəb olan qatil isə artıq dəmir barmaqlıqlar arxasına göndərilib. (Oxu.az)