Səudiyyə Ərəbistanının kralı və vəliəhdi tərəfindən Qaşıqçının ailəsinə başsağlığı verilib. Səudiyyə Ərəbistanının kralı və vəliəhdi tərəfindən Qaşıqçının ailəsinə başsağlığı verilib.

Səudiyyə kralı və vəliəhdi Qaşıqçının oğluna zəng etdilər

Səudiyyə Ərəbistanının kralı və vəliəhdi tərəfindən Qaşıqçının ailəsinə başsağlığı verilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz və oğlu, vəliəhd şahzadə Məhəmməd ibn Salman öldürülmüş jurnalist Camal Qaşıqçının oğluna zəng ediblər.

Qaşıqçının oğlu Salaha zəng etmiş ata və oğlu ayrı-ayrılıqda telefonla başsağlığı verib. Salah da öz növbəsində onlara təşəkkür edib.

Qeyd edək ki, Qaşıqçı 2 oktyabrda yerli vaxtla 13:00-da sənədləşmə işləri ilə əlaqədar konsulluğun binasına girdikdən sonra bir daha oradan çıxmayıb.

Nurlan AĞA
AzNews.az