Konstitusiya dəyişikliyi təklifi qəbul edildi Konstitusiya dəyişikliyi təklifi qəbul edildi

O ölkə adını dəyişdirir

Konstitusiya dəyişikliyi təklifi qəbul edildi

Makedoniya parlamenti Yunanıstanla imzalanmış müqavilə çərçivəsində ölkənin adının Şimali Makedoniya olaraq dəyişdirilməsini əhatə edən konstitusiya dəyişikliyi təklifini qəbul edib.

Səsverməyə təqdim olunan təklif millət vəkillərinin 3-də 2 səs çoxluğu ilə təmin olunub: 120 yerlik parlamentdə 80 deputat lehinə səs verib.

Konstitusiyada dəyişiklik edilməsinə dair təklifin qəbul edilməsi ilə ad dəyişikliyi prosesinə yaşıl işıq yandırılmış olub.

Bundan sonra konstitusiyada hansı maddələrdə dəyişiklik ediləcəyi səsverməyə çıxarılacaq. O zaman 120 deputatdan ən azı 61-nin səsinə ehtiyac var.

Üçüncü və sonuncu mərhələdə isə yekun olaraq konstitusiya dəyişiklikləri səsverməyə çıxarılacaq. Bu son mərhələdə yenidən 3-də 2 səs çoxluğu lazımdır.

Konstitusiyada ediləcək dəyişikliklərin ən mühümü Yunanıstanla Makedoniya arasında iyunda imzalanan müqavilə çərçivəsində Makedoniyanın adının Şimali Makedoniya olaraq dəyişdirilməsidir. (baki-xeber.com)

© AzNews.az