Yaponiyada qeyri-adi otel fəaliyyət göstərməyə başlayıb Yaponiyada qeyri-adi otel fəaliyyət göstərməyə başlayıb

Bu otelin işçiləri adam deyil - Foto

Yaponiyada qeyri-adi otel fəaliyyət göstərməyə başlayıb

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yeni fəaliyyətə başlamış oteldəki işçilər insan deyil, robotlardır.

Qeydiyyat, müştərilərin suallarının cavablandırılması və s. işlər robot işçilər tərəfindən həyata keçirilir.

Bu robotlar ingilis, yapon, Koreya və çin dillərini bilirlər.

Qeydiyyatçı robotlar müştərilərin “çox şirinsən” kimi təriflərinə də təşəkkür edərək cavab verirlər.

Otelin insan işçilər əvəzinə robotlardan istifadə etməsinin səbəbi isə müştərilərin qalması üçün daha az qiymət təklif etməkdir.

Nurlan AĞA
AzNews.az