“Uilla” tropik qasırğası Sakit okeanda formalaşıb. “Uilla” tropik qasırğası Sakit okeanda formalaşıb.

“Uilla” qasırğası beşinci kateqoriyaya yaxınlaşır

“Uilla” tropik qasırğası Sakit okeanda formalaşıb.

Sakit okeanda formalaşan “Uilla” tropik qasırğası ən güclü sayılan beşinci kateqoriyaya yaxınlaşır.

Meteoroloqların məlumatına əsasən, hazırda qasırğa Meksikanın qərbindəki Kabo-Korrientes bələdiyyəsindən 255 kilometr cənub-qərbdə yerləşir və saatda 11 kilometr sürətlə şimala doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 250 kilometrə çatır.

“Uilla” Meksikanın qərb, mərkəzi və cənub-qərb hissələrinə həyat üçün təhlükəli olan leysan yağışları və küləklər gətirir.(AZƏRTAC)

AzNews.az