Əfqanıstanın qərbindəki Herat vilayətində NATO hərbçisi öldürülüb. Əfqanıstanın qərbindəki Herat vilayətində NATO hərbçisi öldürülüb.

Əfqanıstanda NATO hərbçisi öldürüldü

Əfqanıstanın qərbindəki Herat vilayətində NATO hərbçisi öldürülüb.

Bu barədə Əfqanıstandakı NATO birlikləri məlumat yayıb.

NATO hərbçilərinin Heratda Əfqanıstan təhlükəsizlik işçisi tərəfindən hücuma məruz qaldığı bildirilir. Hücum nəticəsində bir NATO əsgəri öldürülüb, ikisi yaralanıb. Ölən və yaralanan əsgərlərin adları açıqlanmır.

Yerli rəsmilər Heratın Şindənt mahalındakı hava limanında hücuma məruz qalan hərbçilərin amerikalı olduğunu iddia edib.

"Taliban" terror qruplaşması hücumun təşkilata bağlı təhlükəsizlik işçisi tərəfindən həyata keçirildiyini açıqlayıb.(teleqraf.com)

AzNews.az