“Sakit bir təqaüdə hazırlandığım vaxtda hər şey alt-üst oldu”. “Sakit bir təqaüdə hazırlandığım vaxtda hər şey alt-üst oldu”.

Qaşıqçıya görə Səudiyyə qəzetindən istefa verdi

“Sakit bir təqaüdə hazırlandığım vaxtda hər şey alt-üst oldu”.

Londonda aparıcılıq edən, Səudiyyə Ərəbistanının “Eş-Şark el-Avsat” qəzetinin yazarlarından olan Fələstinli Rabi əl-Mədhun, jurnalist Camal Qaşıqçının öldürülməsi səbəbilə işlədiyi şirkətdən istefa verərək çıxıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Mədhun, öz feysbuk səhifəsində “Qaşıqçı məni təqaüdə çıxmağa sövq edir” başlığı ilə verdiyi açıqlamada “Çoxunu Fələstin məsələsinin günahkarı olaraq keçirdiyim 18 ildən sonra bu gün, Londondakı Eş-Şark əl-Avsat qəzetindəki vəzifəmdən istefa edirəm”. – deyə bildirib.

Karyerasını dostları və iş yoldaşları ilə birlikdə, 8 ay sonra planlaşdırdığı qonaqlıq ilə bitirməyi düşündüyünü bildirən Mədhun, 2 oktyabrda yaşanan hadisənin hər şeyin sonu olduğunu bildirib:

“Sakit bir təqaüdə hazırlandığım vaxtda hər şey alt-üst oldu. Camal Qaşıqçının öldürülməsi, şok edən, qorxunc, çirkin və tayı-bərabəri olmayan bir hadisə idi”.

Mədhun Qaşıqçının sui-qəsdini planlaşdıranların buna layiq şəkildə cəzalandırılmalı olduğunu da bildirib.

Qəzet işçiləri Mədhunun istefası ilə əlaqəli hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, roman yazarı olan Mədhun “Mesair: Holokost və Nekbe konserti” adlı əsəri ilə 2016-cı ildə 9-cu Beynəlxalq Ərəb Romanı Mükafatını qazanıb.

Pərvanə AĞAZADƏ
AzNews.az