Bu barədə ÜTT-nin hesabatında bildirilib Bu barədə ÜTT-nin hesabatında bildirilib

Ukrayna Ermənistandan beynəlxalq təşkilata şikayət etdi - "Vergi artırılıb"

Bu barədə ÜTT-nin hesabatında bildirilib

Ukrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

“Reuters” xəbər verir ki, bu barədə ÜTT-nin hesabatında bildirilib.

Buna səbəb rəsmi Yerevanın Ukrayna istehsalı olan polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarını artırmasıdır.

Ukrayna Ermənistanla yanaşı, Qırğız Respublkasından da təşkilata şikayət edib.

Bildirilib ki, Avrasiya İqtisadi İttifqaının üzvü olan bu ölkələr verginin mərhələ-mərhələ azaltmalı idilər: “Ancaq vergi artırılıb. Bu səhvdir və mövcud olmayan qərarlara əsaslanıb”.

Qeyd edək ki, artıq Ukrayna Avrasiya İqtisadi İttifaqını başqa bir üzvü, Qazaxıstanla bağlı da ÜTT-yə şikayət etmişdi.

© AzNews.az