Bu, ətraflı təhlil nəticəsində məlum olub. Bu, ətraflı təhlil nəticəsində məlum olub.

Çindəki hava çirkliliyi 20% azaldı

Bu, ətraflı təhlil nəticəsində məlum olub.

Çinin son üç ildə hava çirkliliyi sahəsində keçirdiyi ətraflı təhlil, hissəcik konsentrasiyalarındakı çirkliliyin 20% nisbətində azaldığını göstərdi.

Lids Universiteti tərəfindən aparılan araşdırmada Çində 1600-dən çox məkandan hesablamalar araşdırıldı və bölgələrin 50%-dən çoxunda böyük bir hava çirkliliyi meydana gətirən kükürd dioksit və incə hissəciklərin konsentrasiyalarında əhəmiyyətli bir azalma göstərdiyi tapıldı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qrup, 2015-ci ildən 2017-ci ilə qədər saatlıq olaraq azot dioksit, kükürd dioksit, ozon və 2.5 μm'dən kiçik hissəciklərin (PM2.5) meydana gəldiyi çirkliliyin məlumatlarını istifadə etdi.

Saatlıq məlumatlar, aylıq ortalamaları hesablamaq və Çinin hansı bölgələrinin ən yüksək və ən aşağı konsentrasiyalara mallik olduğunu tapmaq üçün istifadə edildi. Qrup 2015 - 2017 illəri arasında PM2.5 səviyyəsinin ildə 7.2%, kükürd dioksit səviyyəsinin isə ildə 10.3% azaldığını göstərdi. Bunun davamında ozon səviyyəsi 5% artdı.

Araşdırmanın redaktoru və Lids Universitetinin araşdırmaçılarından biri olan Ben Silver bu barədə belə danışdı: "İşimiz Çin daxilində hava çirkliliyində çox sürətli və əhatəli dəyişikliklər olduğunu göstərdi. Xüsusilə son bir neçə ildə incə hissəcik səviyyələrindəki enişi görmək, olduqca ümid vericidir".(deyerler.org)

AzNews.az