Hava zərbəsinin ABŞ tərəfindən endirildiyi ehtimal edilir Hava zərbəsinin ABŞ tərəfindən endirildiyi ehtimal edilir

Haşdi Şabi bombalandı: Cəbbəxanası dağıldı, ölənlər və yaralananlar var

Hava zərbəsinin ABŞ tərəfindən endirildiyi ehtimal edilir

Türkmənlərin və kürdlərin yaşadığı Kərkükə bağlı Tuzhurmatu bölgəsində, İraq hakimiyyətinin yarı rəsmi ordusu Haşdi Şabinin silah anbarında partlayış baş verib. Aparılan araşdırmalarda silah anbarının havadan bombalandığı aşkarlanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis bölməsinin yanında baş verən partlayışdan sonra yanğın olub. İlkin araşdırmalar 2 nəfərin öldüyü, 24 nəfərin isə yaralandığını göstərir.

Dünən verilən açıqlamalara görə partlayışın səbəbi təyyarə hücumu olub. Haşdi Şabinin şimal cəbhəsindəki səlahiyyətli şəxslərindən biri olan Cevt Esafi kürd mediasına verdiyi açıqlamada bildirib ki, Haşdi Şabiyə aid silah anbarının havadan hücuma məruz qaldığı bizim üçün dəqiqləşib. Təyyarənin hələlik hansı ölkəyə aid olduğunu bilmədiyini deyən Esafi, hadisənin araşdırılması üçün bir neçə qrup göndərəcəyini də qeyd edib.

Tuzhurmatudakı silah anbarında baş verən partlayışla bağlı araşdırmada gözlər ABŞ-a dikilmişdi.

Bağdad rəhbərliyi İraq hava sərhəddinin ABŞ tərəfindən aktiv istifadə edildiyi iddiası ilə şübhəli kimi ABŞ-ı göstərir.

ABŞ-ın İraqdakı varlığından narahat olan Haşdi Şabi rəhbərliyi, ABŞ-ın silahlı qüvvələrinin İraqdan çəkilməsini istəyir.

Qeyd edək ki, Haşdi Şabi ilə ABŞ əsgərləri arasında bir müddət əvvəl Suriya sərhədindəki Şengal bölgəsində gərginlik yaranmışdı. İraqda 5200 əsgəri olan ABŞ-ın, Bağdadla yanaşı Duhok, Mosul, Kərkük, Süleymaniyyə və Ərbildə də əsgərləri var.

Pərvanə AĞAZADƏ
AzNews.az