Mart ayında FTX jurnalist Nəriman Məmmədəminovu saxlamışdı Mart ayında FTX jurnalist Nəriman Məmmədəminovu saxlamışdı

FTX Krımda tatarların evlərində axtarış apardı: ər və arvad qaçırıldı - Xanım hamilə imiş

Mart ayında FTX jurnalist Nəriman Məmmədəminovu saxlamışdı

Krımda Xəlil Ablyamitov adlı tatarın evində yerli Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları axtarış aparıblar.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Cankoysk rayonunun Azov yaşayış məskənində baş verib.

Axtarış zamanı Xəlilin vəziyyəti ağırlaşıb, ona təcili yardım çağırılıb. Bu haqda informasiyanı İnsan hüquqları üzrə "Krım həmrəyliyi" təşkilatı yayıb.

Axtarışdan sonra evin sahibinin oğlu Ablyalim Ablyamitovu və onun hamilə həyat yoldaşı Aycanı naməlum istiqamətə aparıblar. Fəalların araşdırması nəticəsində məlum olub ki, cütlük hazırda Simferopol şəhərində Federal Təhlükəsizlik Xidmətinin binasındadır.

Onların hansı səbəbdən FTX-yə aparılması haqda heç bir açıqlama verilməyib.

Xatırladaq ki, mart ayında Federal Təhlükəsizlik Xidməti jurnalist Nəriman Məmmədəminovu saxlamışdı.

Krım tatar xalqının Məclisinin sədri Refat Çubarov da krım tatarlarının evlərində total axtarışın keçirildiyini bildirmişdi.

Babək Göyüş

AzNews.az