Bu qənaətə ekspertlər gəliblər. Bu qənaətə ekspertlər gəliblər.

Şimali Koreyada məxfi raket bazaları var - Ekspertlər

Bu qənaətə ekspertlər gəliblər.

Şimali Koreyada 13-dən 20-dək nüvə başlığı daşıyan raketlərdən ibarət səyyar raket sistemləri olduğu güman edilən məxfi raket bazası var.

“Deutche Welle” xəbər verir ki, bu qənaətə Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSİS) ekspertləri gəliblər.

Onların fikrincə, həmin bazalardan biri Cənubi Koreya paytaxtı Seuldan cəmi 135 kilometr məsafədədir.

Araşdırmanın nəticələri peykdən çəkilən şəkillərə, xüsusi xidmət əməkdaşları, hökumət üzvləri, Şimali Koreyadan qaçan şəxslər ilə müsahibələrə əsaslanır.(report.az)

© AzNews.az