Məhkəmə iclasının bu gün keçiriləcəyi nəzərdə tutulub Məhkəmə iclasının bu gün keçiriləcəyi nəzərdə tutulub

Qadınlar bu məbədə buraxılacaqmı? - Məhkəmə iclası

Məhkəmə iclasının bu gün keçiriləcəyi nəzərdə tutulub

Hindistanın Keral ştatında fəaliyyət göstərən Ayyappan məbədinə uzun əsrlərdir ki, 10 yaşından 50 yaşınadək qız uşaqları və qadınlar buraxılmır. Bu ənənəni ləğv etmək üçün petisiya hazırlanıb və Hindistanın Ali Məhkəməsinə göndərilib. Məhkəmə iclasının bu gün keçiriləcəyi nəzərdə tutulub.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, artıq Hindistanda bu petisiyanın qəbul edilməsinə qarşı çıxırlar.

Ayyappan məbədi induizmin ali allahları olan Şivı və Vişnunun oğlu hesab edilir.

Bu məbədə təkcə Hindistandan deyil, dünyanın bütün yerlərindən ziyarətə gəlirlər. Ənənəyə görə hindli qızlara bu müqəddəs yerə daxil olmağa icazə verilmir.

Ora yalnız 10 yaşınadək qız uşaqları və 50 yaşından yuxarı ağbirçəklər buraxılır.

Babək Göyüş

AzNews.az