Hadisə Odessa yaxınlığında baş verib Hadisə Odessa yaxınlığında baş verib

Ukraynada polis 90 "qul"u azad etdi

Hadisə Odessa yaxınlığında baş verib

Kiyevin hüquq-mühafizə orqanlarının əməkdaşları zorla saxlanılan və pulsuz işlədilən 90 nəfəri azad edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Kiyev şəhər prokurorluğu Facebook səhifəsində yayıb.

Hadisə Odessa yaxınlığında baş verib.

İnsanları qul kimi öz fermalarında işlədən isə gürcü və onun ukraynalı həyat yoldaşı olub.

"Qul"ların onlara "çatdırılmasında" Kiyevin dəmir yolu vağzalında "çalışan" 3 qaraçı kömək edib. Öncə fəhlələrə gündəlik 500 qriven veriləcəyi deyilib. Onlara, həmçinin pulsuz yemək və pulsuz gecələmək sözü də verilib.

Fermaya gələndə isə onların sənədləri əllərindən alınıb və hamısı "yaşamaq" üçün antisanitariya şəraitində olan 15-20 nəfərlik baraklara aparılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, "qullar" hər gün təhqir edilib və döyülüb.

Babək Göyüş

AzNews.az