Bu mənzərəni müğənni Tonya Matviyenko Facebook səhifəsində paylaşıb. Bu mənzərəni müğənni Tonya Matviyenko Facebook səhifəsində paylaşıb.

Sarışın qız baltayla Porsche-ni "doğradı"

Bu mənzərəni müğənni Tonya Matviyenko Facebook səhifəsində paylaşıb.

Kiyev şəhərində sarışın bir qız yolun kənarında park edilmiş Porsche avtomobilinə yaxınlaşaraq öncə onun qapısında "Əclaflar" sözünü yazıb, sonra isə balta ilə maşının müxtəlif yerlərinə zərbə endirib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Şota Rustaveli küçəsində baş verib.

Bu mənzərəni isə müğənni Tonya Matviyenko Facebook səhifəsində paylaşıb.

Hazırda qızın və avtomobilin sahibinin kimliyi heç kəsə məlum deyil.

Ehtimala görə, qız bəlkə də öz avtomobilini "doğrayıb".

Videoya yazılan şərhlərdə isə deyilir ki, avtomobil onun sevgilisinə məxsusdur və qız yəqin ki, oğlanın xəyanətinə bu üsulla qarşılıq verib.

Digər versiyaya görə isə avtomobili düzgün park etməyiblər.

Babək Göyüş

AzNews.az