Şeyx: “O, insafsız şəkildə öldürülüb” Şeyx: “O, insafsız şəkildə öldürülüb”

Qaşıqçı üçün cənazə namazı qılındı - Son dəqiqə

Şeyx: “O, insafsız şəkildə öldürülüb”

İndoneziyada Qaşıqçı üçün qiyabi cənazə namazı qılınıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada Camal Qaşıqçı üçün qiyabi cənazə namazı qılınıb.

Cakartanın şərqində yerləşən Əbu Bəkir Sıddık məscidində qılınan namazdan sonra Şeyx Yusuf Abdul Gani açıqlama verib.

O, Qaşıqçının insafsız şəkildə öldürüldüyünü və onun üçün dua etdiklərini deyib.

Pərvanə AĞAZADƏ
AzNews.az