Yaralılardan 2-sinin uşaq olduğu bildirilir. Yaralılardan 2-sinin uşaq olduğu bildirilir.

Qazaxıstanda iki sərnişin avtobusu toqquşdu: ölən və yaralananlar var

Yaralılardan 2-sinin uşaq olduğu bildirilir.

Qazaxıstanın Qızıl Orda vilayətində iki sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sözçüsü Nursultan Nurəhmədov məlumat verib.

Onun sözlərinə görə, Qarmakşı rayonu ərazisində birində 37, digərində 32 nəfər olan iki avtobus toqquşub. Xəstəxanaya yerləşdirilən yaralılardan 2-sinin uşaq olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az