Sülhməramlı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb. Sülhməramlı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb.

Afrikada BMT sülhməramlısı öldürüldü

Sülhməramlı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb.

BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlısı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb.

Bu barədə missiyanın məlumatlarına istinadən AFP məlumat yayıb.

Bildirilir ki, silahlı şəxslər cümə günü axşam MINUSCA-nın Qbambiya yaşayış məntəqəsi ərazisində yerləşən obyektinə hücum ediblər.

Sülhməramlı toqquşma zamanı yaralanıb və sonradan aldığı yaralardan xəstəxanada keçinib.

Qeyd edilir ki, baza ərazisində hərbi əməliyyatlar 45 dəqiqə ərzində davam edib.(report.az)

AzNews.az